CHP-nin məclis üzvü Kadir Dalgıç prezidenti təhqir etdiyi üçün həbs edilib
İzmirdə sosial media hesabında yazdığı paylaşıma görə barəsində istintaq başladılan CHP-nin Qarabağlar Bələdiyyəsinin məclis üzvü Kadir Dalgıç həbs edilib. Bildirilib ki, Dalgıç paylaşımlarında səsləndirdiyi ifadələrə görə müxtəlif ittihamlarla, o cümlədən “prezidenti təhqir etmək” ittihamı ilə saxl

İzmirdə sosial media hesabında yazdığı paylaşıma görə barəsində istintaq başladılan CHP-nin Qarabağlar Bələdiyyəsinin məclis üzvü Kadir Dalgıç həbs edilib. Bildirilib ki, Dalgıç paylaşımlarında səsləndirdiyi ifadələrə görə müxtəlif ittihamlarla, o cümlədən “prezidenti təhqir etmək” ittihamı ilə saxlanılıb İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Kadir Dalgıçın sosial media platformasında paylaşdığı videodakı ifadələr araşdırılıb Prokurorluğun başlatdığı istintaq çərçivəsində Dalgıç barəsində həbs-qətimkan tədbiri seçilib Nəzarətə alınan Dalgıçın "Prezidenti təhqir etmək", "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq", "təhdid" və "dövlət məmurunu təhqir etmək" maddələri ilə ittiham olunduğu öyrənilib Polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə sövq edilən Kadir Dalgıç hakimlər tərəfindən "Prezidenti ictimai təhqir" ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib


