İran cənub hava məkanında Hermes 900 pilotsuz təyyarəsini vurub
BAKI, Azərbaycan, 8 aprel. İranın cənubundakı Pars vilayətində "Hermes 900" pilotsuz uçuş aparatı (PUA) bu yaxınlarda vurulub SEPAH-ın məlumatına görə, PUA İranın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və ya İsrailə məxsus hər han
BAKI, Azərbaycan, 8 aprel. İranın cənubundakı Pars vilayətində "Hermes 900" pilotsuz uçuş aparatı (PUA) bu yaxınlarda vurulub SEPAH-ın məlumatına görə, PUA İranın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və ya İsrailə məxsus hər hansı bir hava vasitəsinin hərbi əməliyyatlarda iştirak etmədən belə İranın hava məkanına daxil olmasının atəşkəsin pozulması hesab ediləcəyini və qətiyyətli cavab veriləcəyini vurğulayıb Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. Ağ Ev hücumu İslam Respublikasından gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin Ali Rəhbəri Ayətullah Əli Xamenei və rəhbərliyin bir neçə əsas siması öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı keçirdiyini açıqlayıb. İran həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri artıb Aprelin 7-də ABŞ və İran hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almaq və danışıqlar üçün imkanlar yaratmaq məqsədi ilə təxminən iki həftə davam edən müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. Məlumatlara görə, razılaşma Pakistanla vasitəçi qismində əldə olunub. Əsas məqamlardan biri İranın Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün yenidən açmaq öhdəliyidir və tərəflər həmçinin hücumları dayandırmaq və danışıqlara hazırlaşmaq barədə razılığa gəliblər Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


