Tenqri
Ana Səhifə
Dünya

İran Hörmüzdə “yeni qaydaları” elan etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, gəmilərin su yolundan keçməsinə kömək etməli olan ABŞ-ın qısamüddətli hərbi əməliyyatı dayandırıldıqdan sonra gəmilərin strateji boğazdan keçməsi “yeni prosedurlar” əsasında təmin ediləcək. Bu barədə CNN məlumat yayıb Nəşrin qeyd etdiyi kimi, bu

0 baxışhaqqin.az
İran Hörmüzdə “yeni qaydaları” elan etdi
Paylaş:

İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, gəmilərin su yolundan keçməsinə kömək etməli olan ABŞ-ın qısamüddətli hərbi əməliyyatı dayandırıldıqdan sonra gəmilərin strateji boğazdan keçməsi “yeni prosedurlar” əsasında təmin ediləcək. Bu barədə CNN məlumat yayıb Nəşrin qeyd etdiyi kimi, bu, çox güman ki, Tehranın Vaşinqtonun müharibə zamanı blokadaya alınmış Hörmüz boğazından kommersiya gəmilərinin müşayiəti ilə həyata keçirilən “Project Freedom” əməliyyatını dayandırmaq qərarına ilk reaksiyasıdır ABŞ missiyanı bazar günü başlatdı, lakin sülh danışıqlarında irəliləyiş olduğunu əsas gətirərək çərşənbə axşamı onu dayandırdı İran tərəfinin bəyanatında “yeni prosedurların” konkret nədən ibarət olduğu dəqiqləşdirilməyib, lakin onlar Fars körfəzi və Ərəb dənizindəki kapitanlara və gəmi sahiblərinə boğazdan “İran qaydalarına uyğun” keçməkdə əməkdaşlığa görə təşəkkür ediblər İran daha əvvəl boğazdan gəmilərin keçidinə nəzarət etmək və təhlükəsiz keçid üçün rüsum almaq niyyətini bəyan edib və bu, beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub

Kaynak: haqqin.az

Diğer Haberler