İran müttəfiqləri ilə Trampla razılaşmanı müzakirə edib. Qətərli danışıqlar isə artıq Tehrandadır
İran, Çin və Rusiyanın səfirləri Tehranda görüş keçiriblər və görüş zamanı Vaşinqtonla anlaşma memorandumu müzakirə edilib. Bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi X sosial şəbəkəsində məlumat verib “İran, Çin və Rusiya arasında strateji tərəfdaşlıq, o cümlədən üç ölkə aras

İran, Çin və Rusiyanın səfirləri Tehranda görüş keçiriblər və görüş zamanı Vaşinqtonla anlaşma memorandumu müzakirə edilib. Bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi X sosial şəbəkəsində məlumat verib “İran, Çin və Rusiya arasında strateji tərəfdaşlıq, o cümlədən üç ölkə arasında koordinasiya və qarşılıqlı fəaliyyət sıx çərçivədə davam edəcək” Və Reuters öz mənbələrinə istinadən xəbər verir ki, Qətər müzakirəçiləri iyunun 14-də səhər Tehrana ABŞ və İran arasında münaqişəyə son qoymaq üçün razılaşmanı yekunlaşdırmaq üçün gəliblər Agentlik yazır ki, üç aydan çox davam edən münaqişəyə son qoyulması ilə bağlı sazişin iyunun 14-də imzalana biləcəyi gözlənilir İyunun 12-də İranın Mehr agentliyi mənbəyə istinadən ABŞ və İran arasında memorandum layihəsini dərc edib. Razılaşmaya müharibənin dayandırılması, sanksiyaların ləğvi və Hörmüz boğazının açılması məsələlərini əhatə edən 14 bənd daxildir. ABŞ prezidenti Donald Tramp dünən deyib ki, Vaşinqton və Tehran iyunun 14-də sülh sazişi imzalaya bilər.Onun sözlərinə görə, saziş bağlandıqdan sonra ABŞ İran və Yaxın Şərq ölkələri ilə uzunmüddətli əməkdaşlığa ümid edir. Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi sazişin iyunun 14-də imzalanması ilə bağlı xəbərləri təkzib edərək, bunun yaxın günlərdə baş verə biləcəyini qeyd edib


