Tenqri
Ana Səhifə
İqtisadiyyat

İran müharibə dövründə Biləsuvar gömrük-keçid məntəqəsinin intensiv fəaliyyətini vurğulayır

BAKI, Azərbaycan, 12 may. İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində yerləşən Biləsuvar gömrük-keçid məntəqəsi ABŞ və İsrail hərbi hava qüvvələrinin İrana fevralın 28-dən aprelin 7-dək həyata keçirdiyi hava hücumları zamanı ən aktiv və təhlükəsiz gömrük məntəqələrindən biri kimi fəaliyyət gö

0 baxıştrend.az
İran müharibə dövründə Biləsuvar gömrük-keçid məntəqəsinin intensiv fəaliyyətini vurğulayır
Paylaş:

BAKI, Azərbaycan, 12 may. İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində yerləşən Biləsuvar gömrük-keçid məntəqəsi ABŞ və İsrail hərbi hava qüvvələrinin İrana fevralın 28-dən aprelin 7-dək həyata keçirdiyi hava hücumları zamanı ən aktiv və təhlükəsiz gömrük məntəqələrindən biri kimi fəaliyyət göstərib. Trend xəbər verir ki, bu barədə gömrük-sərhəd buraxılış məntəqəsi məlumat yayıb Onun sözlərinə görə, qeyd olunan dövrdə Biləsuvar sərhəd gömrük məntəqəsindən 80 milyon dollardan artıq məhsul ixrac edilib Xəlili qeyd edib ki, eyni zamanda, qeyd olunan dövrdə ölkəyə 26 min ton əsas məhsul, heyvandarlıq və quşçuluq məhsulları idxal edilib O, həmçinin 90 min ton məhsulun idxalına dair sifarişlərin qeydə alındığını və yaxın aylarda icra ediləcəyini bildirib Gömrük rəsmisi əlavə edib ki, son 60 gündə 24 mindən çox yük avtomobili Biləsuvar sərhəd-gömrük buraxılış məntəqəsindən keçmək üçün qeydiyyatdan keçib Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Bundan əlavə, aprelin 21-də ABŞ prezidenti Donald Tramp İran öz təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə yekunlaşana qədər atəşkəs rejiminin uzadılacağını elan edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler