İran hava məkanını açıb - YENİLƏNİB
İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb "Report" xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb "Təhlükəsiz şərait yaradıldıqdan və müvafiq qurumlarla lazımi razılaşdırmalar aparıldıqdan sonra uçuşlara tətbiq edilən məhdudiyyətlər arada

İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb "Report" xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb "Təhlükəsiz şərait yaradıldıqdan və müvafiq qurumlarla lazımi razılaşdırmalar aparıldıqdan sonra uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb və ölkənin aviasiya fəaliyyəti plana uyğun olaraq tədricən normal iş rejiminə qayıdır", - bəyanatda deyilir İran hökuməti hava məkanının bağlandığını elan edib "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" "Mehr" informasiya agentliyinə istinadən məlumat yayıb Qeyd olunub ki, bütün daxili reyslər də ləğv edilib. Məhdudiyyətlər xüsusi göstərişə qədər qüvvədə olacaq Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib. Bundan qısa müddət sonra İran tərəfi İsrailə zərbələrin dayandırıldığını bildirib. Bununla belə, İran Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


