Tenqri
Ana Səhifə
İdman

İran DÇ-2026 ilə bağlı tələbini açıqladı

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac DÇ-2026-da iştirakla bağlı tələb irəli sürüb Aprelin sonunda Tacın rəhbərlik etdiyi İran nümayəndə heyəti FİFA Konqresi üçün Vankuverə uçub, lakin “immiqrasiya orqanlarının hörmətsiz rəftarı səbəbindən” vətənə qayıtmaq qərarına gəlib Kanadanın İmmiq

0 baxışpublika.az
İran DÇ-2026 ilə bağlı tələbini açıqladı
Paylaş:

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac DÇ-2026-da iştirakla bağlı tələb irəli sürüb Aprelin sonunda Tacın rəhbərlik etdiyi İran nümayəndə heyəti FİFA Konqresi üçün Vankuverə uçub, lakin “immiqrasiya orqanlarının hörmətsiz rəftarı səbəbindən” vətənə qayıtmaq qərarına gəlib Kanadanın İmmiqrasiya naziri Lena Metledqe Diab daha sonra İran futbol federasiyasının rəhbərinin vizasının təyyarədə olarkən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqələrinə görə ləğv edildiyini təsdiqləyib Publika.az xəbər verir ki, Tac İRİB-ə verdiyi müsahibədə bildirib: “Oraya getməyimiz üçün onların sistemimizin simvollarını, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunu təhqir etmək hüququna malik olmadıqlarına dair zəmanətlərə ehtiyacımız var. Onlar buna ciddi diqqət yetirməlidirlər. Əgər onlar belə bir zəmanət versə və buna sadiq qalsalar, Kanadadakı kimi hadisələr bir daha baş verməyəcək Biz vəsiqə qazandığımız Dünya Kubokuna gedirik və ev sahibi bildiyimiz ölkə FİFA-dır, cənab Tramp və ya Amerika deyil. Əgər onlar bizi qəbul etməyə razıdırlarsa, hərbi qurumlarımızı heç bir şəkildə təhqir etməməli olduqlarını da qəbul etməlidirlər. Çünki əgər belə etsələr, bu, təbii ki, Kanadada baş verənlərə bənzər bir vəziyyətə gətirib çıxara bilər və sonra geri qayıtmalı ola bilərik Buna görə də ora rahatlıqla gedə bilməyimiz üçün zəmanətlər olmalıdır” 2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. ABŞ 2019-cu ildə İİKK-nı terror təşkilatı elan edib. Kanada da eyni şeyi 2024-cü ildə edib Çimayevdən onun təhdidinə cavab: Mən ölməkdən məmnun olaram Rüdiger komanda yoldaşını döyüb - Təsdiqlədi Çempionlar Liqasında ikinci finalçı bəlli oldu FİFA onun cəzasını yığmaların da oyununa şamil edəcək Ara qarışdı: Mbappenin sevgilisi şərh bölümünü bağladı - Foto “Çelsi”nin siyahısında olan məşqçilərin adları bəlli oldu ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir? Günün ulduz falı: Mühüm qərarlar verməli olacaqsız İran nüvə silahına sahib olmamağa razıdır - Tramp Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası... - Dəhşətli faktların üstü açıldı Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçaturyan açıqladı Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: 4 nəfər yaralandı - Yeniləndi Azərbaycanda ilk dəfə: bu yolu saatda 130 kilometr sürətlə getmək mümkündür Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək

Kaynak: publika.az

Diğer Haberler