Tenqri
Ana Səhifə
İqtisadiyyat

İran enerji infrastrukturunun bərpasını davam etdirir

BAKI, Azərbaycan, 7 iyun. Trend in məlumatına görə, İranın energetika nazirinin müavini və İranın Enerji İstehsalı, Ötürülməsi və Paylanmasının İdarə Edilməsi Şirkətinin (TAVANİR) baş direktoru Mustafa Rəcəbi Məşhədi fevralın 28-dən aprelin 7-dək olan müharibə dövründə İranda ümumi gücü 7 min meqava

0 baxıştrend.az
İran enerji infrastrukturunun bərpasını davam etdirir
Paylaş:

BAKI, Azərbaycan, 7 iyun. Trend in məlumatına görə, İranın energetika nazirinin müavini və İranın Enerji İstehsalı, Ötürülməsi və Paylanmasının İdarə Edilməsi Şirkətinin (TAVANİR) baş direktoru Mustafa Rəcəbi Məşhədi fevralın 28-dən aprelin 7-dək olan müharibə dövründə İranda ümumi gücü 7 min meqavat olan elektrik stansiyaları zədələnib Onun sözlərinə görə, ümumi gücü 2500 meqavat olan elektrik stansiyalarının işi artıq bərpa edilib. Müharibə zamanı ümumi gücü 4500 meqavat olan elektrik stansiyalarına ciddi ziyan dəyib. Hazırda bərpa işləri aparılır və bu obyektlər tədricən istifadəyə veriləcək Rəcəbi Məşhədi qeyd edib ki, sözügedən dövrdə ölkə üzrə 2000-ə yaxın elektrik şəbəkəsi infrastruktur obyekti də zədələnib. Aparılan bərpa işləri sayəsində bu obyektlərin əksəriyyəti artıq istismara verilib, bəzi yerlərdə isə təmir işləri yay mövsümündən sonra elektrik enerjisi istehlakının illik pik həddə çatanadək təxirə salınıb İranın ümumi elektrik istehsal gücü 100 min meqavattı ötüb Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb

Kaynak: trend.az

Diğer Haberler