Maliyyə nəzarəti daha da gücləndirilməlidir - deputat
Maliyyə icarəsi münasibətlərində iştirak edən fiziki şəxslərin hüquqlarının qorunmasına dair xüsusi normaların da əlavə edilməsi zəruridir, çünki, bu sahədə informasiya asimmetriyası mövcuddur və istehlakçıların daha zəif tərəf olması onların əlavə hüquqi müdafiəsini tələb edir Modern.az xəbər veri

Maliyyə icarəsi münasibətlərində iştirak edən fiziki şəxslərin hüquqlarının qorunmasına dair xüsusi normaların da əlavə edilməsi zəruridir, çünki, bu sahədə informasiya asimmetriyası mövcuddur və istehlakçıların daha zəif tərəf olması onların əlavə hüquqi müdafiəsini tələb edir Modern.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisdə “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək bildirib O qeyd edib ki, mübahisələrin alternativ həlli mexanizmlərinin, xüsusilə mediasiya və arbitraj institutlarının qanunda ayrıca təsbit edilməsi vacibdir “Çünki maliyyə münasibətlərində operativ və ixtisaslaşmış mübahisə həlli mexanizmləri sahibkarlıq subyektləri üçün əlavə hüquqi təminat yaradır və bu, eyni zamanda məhkəmə yükünü azaldır” Deputat bildirib ki, risklərin bölüşdürülməsi ilə bağlı müddəaların daha da konkretləşdirilməsi, xüsusilə fors-major halları, sığorta mexanizmləri və texniki nasazlıqlarla bağlı risklərin ayrıca tənzimlənməsi də vacibdir. Çünki bu, tərəflər arasında hüquqi qeyri-müəyyənliyi aradan qaldıraraq müqavilə münasibətlərinin sabitliyini təmin edəcəkdir. Layihədə maddə 13 ümumi çərçivə təqdim etsə də, hesab edirəm ki, əlavə konkretləşdirməyə də ehtiyac var “Maliyyə icarəsi bazarının inkişafını təşviq etmək məqsədilə müəyyən stimullaşdırıcı mexanizmlərin nəzərdə tutulması da məqsədəuyğun olardı, çünki bu, hesab edirəm ki, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdıracaq və investisiya fəallığını artıracaqdır. Nəzarət və hesabatlılıq mexanizmlərinin beynəlxalq standartlara uyğun daha da gücləndirilməsini vacib hesab edirəm, çünki bu, maliyyə sabitliyinin qorunmasına və sektorun şəffaf inkişafına xidmət edəcəkdir” – o sonda vurğulayıb


