Tenqri
Ana Səhifə
Dünya

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün CHIRUP-a infotur

“AzerGold” QSC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİİM) nümayəndələri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrasiya Regional Emal Sahəsinə (İİİM) infotur təşkil edib Məqsəd ölkənin qeyri-neft sənayesinin mühüm sahələrindən biri olan mədənçıxarma sektorunda fəaliyyət v

0 baxışhaqqin.az
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün CHIRUP-a infotur
Paylaş:

“AzerGold” QSC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİİM) nümayəndələri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrasiya Regional Emal Sahəsinə (İİİM) infotur təşkil edib Məqsəd ölkənin qeyri-neft sənayesinin mühüm sahələrindən biri olan mədənçıxarma sektorunda fəaliyyət və istehsal prosesləri ilə ətraflı tanışlıq olan məlumat turunda İSİM-in icraçı direktoru Vüsal Qasımlı, Mərkəzin əməkdaşları, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak ediblər “AzerGold” QSC və İSİM-in fəaliyyətinin 10 illiyi münasibətilə təşkil olunan tanışlıq səfəri çərçivəsində idarə heyətinin üzvü – “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev dövlət şirkətinin fəaliyyəti, əldə olunan nəticələr və strateji hədəflər barədə ətraflı məlumat verib Sonra iştirakçılara CHIRUP-un fəaliyyəti, mədənçıxarma və emal prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, o cümlədən əməyin mühafizəsi və sənaye təhlükəsizliyi standartları haqqında təqdimat keçirilib. İnfotur iştirakçıları ölkənin strateji ixrac məhsullarından olan qızılın emalı mərhələlərini yerində müşahidə etmək imkanı qazanaraq müəssisənin istehsalat sahələrinə baxış keçiriblər Səfər zamanı “AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət layihələri, o cümlədən ətraf mühitin mühafizəsi və davamlı inkişaf istiqamətində görülən işlər barədə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC tərəfindən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər maraqlı şəxslər üçün mütəmadi olaraq təşkil olunan məlumat turları şirkətin fəaliyyəti, eləcə də ölkənin dağ-mədən sənayesi haqqında məlumatlılığın artırılmasına, tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir

Kaynak: haqqin.az

Diğer Haberler