Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovaya qalib gəlib
Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb AZƏRTAC xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərba

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb AZƏRTAC xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurublar Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


