Tenqri
Ana Səhifə
Dünya

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 813 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Təsərrüfatlarda artıq yaş tütün yarpağının yığımına start verilib. Mövsümün ilk günündə cəmiyyəti

0 baxışazertag.az
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
Paylaş:

Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 813 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Təsərrüfatlarda artıq yaş tütün yarpağının yığımına start verilib. Mövsümün ilk günündə cəmiyyətin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 17,9 ton yaş tütün kütləsi daxil olub Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib Bildirilib ki, kampaniyanın ilk günündə emal məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 8,8, Şəki rayonu üzrə 7, Zaqatala rayonu üzrə isə 2,1 ton yaş tütün kütləsi qəbul edib Cəmiyyətdən verilən məlumata görə, bu il tütün istehsalı ilə əlaqədar 35 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 390,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən cari mövsümdə şimal-qərb bölgəsində 422,8 hektar sahədə tütün əkilib Hazırda sahələrdə tütün yığımı ilə yanaşı, becərmə işləri də davam etdirilir, sahələr suvarılır, kultivasiya olunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler