Tenqri
Ana Səhifə
Dünya

İşləyən pensiyaçıların pensiyası yenidən artacaq

Azərbaycanda işləməyə davam edən pensiyaçıları sevindirəcək yeni dəyişiklik gözlənilir. Belə ki, onların pensiyalarında yenidən artım olacaq və bu artım iki mərhələdə həyata keçiriləcək Modern.az xəbər verir ki, İTV-nin hazırladığı süjetdə bildirilib ki, ilk artım pensiyaların ümumi indeksləşdirilm

0 baxışmodern.az
İşləyən pensiyaçıların pensiyası yenidən artacaq
Paylaş:

Azərbaycanda işləməyə davam edən pensiyaçıları sevindirəcək yeni dəyişiklik gözlənilir. Belə ki, onların pensiyalarında yenidən artım olacaq və bu artım iki mərhələdə həyata keçiriləcək Modern.az xəbər verir ki, İTV-nin hazırladığı süjetdə bildirilib ki, ilk artım pensiyaların ümumi indeksləşdirilməsi ilə bağlıdır. İkinci artım isə işləyən pensiyaçıların fərdi hesablarında toplanan pensiya kapitalının yenidən hesablanması nəticəsində baş verəcək Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 200 minə yaxın vətəndaşın fərdi hesabında sosial sığorta ödənişləri toplanmaqda davam edir. Bu vəsaitlərin yenidən hesablanması nəticəsində onların pensiyalarının bir hissəsinin 2026-cı ildə artırılması nəzərdə tutulur Məlumata görə, xüsusilə 2020-ci ildə pensiyaya çıxan, lakin əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyalarında artım gözlənilir Ekspertlər bildirirlər ki, artımın əsas səbəblərindən biri inflyasiya faktorudur. Onların sözlərinə görə, uzun illər ərzində toplanan pensiya kapitalının dəyərinin qorunması üçün indeksasiya vacib hesab olunur Qeyd olunur ki, vətəndaş illərlə sosial sığorta haqqı ödədiyi üçün həmin vəsait inflyasiyanın təsiri nəzərə alınaraq hər il indeksləşdirilir. Bu isə gələcəkdə pensiya məbləğinin daha yüksək olmasına imkan yaradır Süjetdə vurğulanıb ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, şəxs pensiyaya çıxdıqdan sonra işləməyə davam edərsə, onun fərdi hesabına sosial sığorta haqları yığılmaqda davam edir və həmin vəsait hər altı ildən bir pensiyaya əlavə olunur

Kaynak: modern.az

Diğer Haberler