İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram" Həmçinin Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb: "Zati-aliləri cənab Prezident Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc duyuruq Fürsətdən istifadə edərək ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələrini alqışlamaqdan məmnunluğumuzu ifadə edir, bu əlaqələrin birgə maraqlar naminə daha da gücləndirilməsi niyyətində olduğumuzu vurğulayırıq Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik" Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Modern.az xəbər verir ki, təbrikdə deyilir: “Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm” Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Modern.az xəbər verir ki, məktubda deyilir: Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm" Eyni zamanda, Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb “Zati-aliləri cənab Prezident Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm”, - təbrik məktubunda qeyd olunub


