İlham Əliyev Cəbrayılın Şükürbəyli kəndinin açılışında iştirak etdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər Publika.az xəbər verir ki, dövlət başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib Cəbrayıl, Qubadlı və Zəngilan ra

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər Publika.az xəbər verir ki, dövlət başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə dövlət başçısına və birinci xanıma məlumat veriblər Bildirilib ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur Birinci xanım Zəngilanın təbiəti ilə bağlı paylaşım etdi - FOTO Prezident və birinci xanım Mehriban Əliyeva Cəbrayıla getdilər - Yenilənib(FOTO) Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini, möhkəm dayaqlarını yaratdı - Qüdrət Həsənquliyev Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və bundan sonra da yaşayacaq! - Deputat Müharibədə sovet neftinin 70 %-dən çoxu Azərbaycanda hasil olunurdu - Rusiya səfiri Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan azərbaycanlıların xatirəsi anıldı Ölümcül infeksiyaya iki yeni yoluxma halı qeydə alındı Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdülər - FOTO İlham Əliyev Cəbrayılın Şükürbəyli kəndinin açılışında iştirak etdi - FOTO Hava limanında dəhşət: Təyyarə adam vurdu - VİDEO Meloni Bakıda bu avtomobildən istifadə edib - VİDEO Müharibədə sovet neftinin 70 %-dən çoxu Azərbaycanda hasil olunurdu - Rusiya səfiri Ukraynada döyüşənlərin arvadları paradda yürüş etdi - Video Mingəçevirdə otel belə yandı - VİDEO
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
