İlham və Mehriban Əliyeva Cəbrayılda mərkəzi xəstəxananın tikintisi ilə tanış olublar - FOTO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 150 çarpayılıq binasının tikintisi ilə tanış olublar AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər və

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 150 çarpayılıq binasının tikintisi ilə tanış olublar AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər və qarşıda duran işlər barədə məlumat verib Qeyd edək ki, bu xəstəxananın binasının təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub, tikinti sahəsi 5 hektara yaxındır. Xəstəxanada terapevtik, cərrahiyə, uşaq, doğum şöbələri, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan əlavə, klinika, radiasiya və funksional diaqnostika, fizioterapiya və tibbi reabilitasiya şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika binalarının, təcili tibbi yardım stansiyasının, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların tikintisi davam etdirilir
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
