İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Ermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Ermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan müzakirələrin, qəbul edilən qərarların, o cümlədən müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan Azərbaycana səfərlərinin hər iki xalqı və hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını, qarşılıqlı əməkdaşlıq potensialını gücləndirdiyini vurğuladı Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə olunacağına ümidvar olduğunu bildirdi, bir sıra layihələrin artıq hazırlandığını vurğuladı, üçüncü ölkələrə birgə investisiya qoyuluşu sahəsində Azərbaycan və Qazaxıstanın potensialına toxundu Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirdi Qəbul üçün təşəkkür edən Qazaxıstanın xarici işlər naziri Azərbaycan dövlətinin başçısı ilə görüşməyin onlar üçün böyük şərəf olduğunu qeyd edib Ermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Azərbaycan Prezidentinə çatdırıb Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə böyük hörmətlə yanaşıldığını vurğulayıb Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiya, enerji sahələrində, o cümlədən yaşıl enerji sektorunda və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulanıb Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi Orta Dəhliz, Transxəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətt layihələrinə toxunulub Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat əlaqələri baxımından rolu qeyd edilib Görüşdə ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb


