Tenqri
Ana Səhifə
Dünya

İcra başçısı: İsmayıllıda Avropa pendir növləri istehsal olunacaq

Dağlıq Şirvan regionu əlverişli təbii-coğrafi şəraiti, zəngin torpaq və su ehtiyatları ilə ölkəmizin aqrar xəritəsində mühüm yer tutur. Müasir yanaşmaları tətbiq etməklə bu potensialdan maksimum dərəcədə səmərəli istifadə etmək və dövlət başçısının müəyyən etdiyi strateji hədəfləri həyata keçirmək b

0 baxışapa.az
İcra başçısı: İsmayıllıda Avropa pendir növləri istehsal olunacaq
Paylaş:

Dağlıq Şirvan regionu əlverişli təbii-coğrafi şəraiti, zəngin torpaq və su ehtiyatları ilə ölkəmizin aqrar xəritəsində mühüm yer tutur. Müasir yanaşmaları tətbiq etməklə bu potensialdan maksimum dərəcədə səmərəli istifadə etmək və dövlət başçısının müəyyən etdiyi strateji hədəfləri həyata keçirmək bizim əsas vəzifəmizdir APA xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib Onun sözlərinə görə, İsmayıllı rayonu son illərdə aqrar sahədə mühüm nəticələr əldə edib: “Rayonun unikal ekoloji-coğrafi şəraiti müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafına geniş imkanlar yaradır. Şaquli zonallıq üzrə dağlıq və aran ərazilər arasındakı mikroiqlim fərqləri məhsulun yetişmə dövrünü uzadır ki, bu da bazara uzunmüddətli və davamlı məhsul çıxarılmasına, nəticədə fermerlərin gəlirlərinin optimallaşdırılmasına şərait yaradır Taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq və tərəvəzçilik sahələri inkişaf etmiş, xüsusilə arıçılıq və meyvəçilik kənd əhalisinin özünüməşğulluğunun təmin edilməsində mühüm rol oynayıb. Göstərilən çoxşaxəli dövlət dəstəyinin məntiqi nəticəsi olaraq, 2025-ci ildə 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub, intensiv bağçılıq genişlənmiş, tərəvəzçilikdə müsbət nəticələr qazanılıb İvanovka Aqroparkı müasir aqrar inkişafın ən nümunəvi modelidir. Burada müasir suvarma sistemləri, müasir (innovativ) bağçılıq sistemləri, dayanıqlı yem bazası yaradılıb. İvanovka kəndində südçülük ənənələrinin müasir sənaye prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə fundamental addımlar atılır. İnvestisiya dəyəri 10 milyon manat olan süd emalı zavodunun tikintisi bu ənənələri daha da gücləndirəcək Müəssisə fəaliyyətə başladıqdan sonra ənənəvi İvanovka kərə yağının daha böyük həcmdə və müasir standartlara uyğun istehsalına, eyni zamanda müxtəlif növ süd məhsullarının istehsalına imkan verəcəkdir. Burada, ənənəvi çeşidlərlə yanaşı, yüksək keyfiyyətli kərə yağından tutmuş, Avropa və milli tipli pendir növlərinə, qaymaq, kəsmik və digər ağartı məhsullarına qədər geniş spektrdə, minlərlə ton həcmində rəqabətqabiliyyətli məhsul istehsalı təşkil olunacaq" O da vurğulanıb ki, su təminatının dayanıqlığı və modern suvarma infrastrukturu aqrar sektorun inkişafını şərtləndirən fundamental amillərdir

Kaynak: apa.az

Diğer Haberler

İcra başçısı: İsmayıllıda Avropa pendir növləri istehsal olunacaq | Tenqri