IATA növbəti Ümumdünya Hava Nəqliyyatı Sammitini Syamendə keçirəcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) növbəti illik toplantısı və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) Çində keçiriləcək "Report"un Rio-de-Janeyroda olan müxbirinin xəbər verdiyi kimi, bu barədə "International Airlines Group"un (IAG) baş direktoru və IATA-nın 2025–2026-cı illər üzr

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) növbəti illik toplantısı və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) Çində keçiriləcək "Report"un Rio-de-Janeyroda olan müxbirinin xəbər verdiyi kimi, bu barədə "International Airlines Group"un (IAG) baş direktoru və IATA-nın 2025–2026-cı illər üzrə Rəhbərlər Şurasının sədri Luis Qalyeqo IATA-nın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində elan edib IATA-nın 83-cü illik toplantısı 2027-ci il mayın 30-dan iyunun 1-dək Çinin Syamen şəhərində keçiriləcək IATA dünya aviadaşımalarının 80%-dən çoxunu təşkil edən 330-a yaxın aviaşirkəti özündə birləşdirən aviadaşıyıcıların ən böyük beynəlxalq sahə assosiasiyasıdır Təşkilat aviasiya sahəsi üçün beynəlxalq standartlar, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində tələblər hazırlayır. Nəzarətin əsas alətlərindən biri assosiasiya üzvləri üçün keçilməsi məcburi olan IOSA istismar təhlükəsizliyi auditidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


