IATA aviasiya sənayesinin eSAF qıtlığı səbəbindən itkilərinin 16 milyard avroyadək olacağını proqnozlaşdırır
2030-cu ilə qədər Avropa aviasiya sənayesinin təxminən 600 min ton sintetik ekoloji baxımdan təmiz aviasiya yanacağına (eSAF) ehtiyacı olacaq, lakin bu məqsədə çatmaq üçün mövcud istehsal gücləri açıq şəkildə kifayət etmir "Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynə

2030-cu ilə qədər Avropa aviasiya sənayesinin təxminən 600 min ton sintetik ekoloji baxımdan təmiz aviasiya yanacağına (eSAF) ehtiyacı olacaq, lakin bu məqsədə çatmaq üçün mövcud istehsal gücləri açıq şəkildə kifayət etmir "Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Sıfır Emissiyaya Nail Olma üzrə Tədqiqatlar və Proqramlar Şöbəsinin rəhbəri Priti Cayn IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib Onun sözlərinə görə, proqnozlaşdırılan tələbatı ödəmək üçün eSAF-nin mövcud istehsal gücünü 30 dəfə artırmaq lazımdır "Bunu infrastruktur müstəvisinə keçirsək, bu gün fəaliyyət göstərən bir kommersiya müəssisəsinin əvəzinə 2030-cu ilə qədər daha 20-yə yaxın kommersiya zavodu tikilməlidir. Bu, sənaye üçün nəhəng vəzifədir", - P. Ceyn vurğulayıb O qeyd edib ki, layihələrin həyata keçirilmə müddətlərinin uzunluğu, əməliyyat çətinlikləri və istehsalı sürətlə artırmaq zərurəti nəzərə alınmaqla, 2030-cu ilə qədər yeni obyektlərin istifadəyə verilməsi üçün imkanlar pəncərəsi praktiki olaraq qapanır "Praktiki reallıqları nəzərə alaraq onilliyin sonuna qədər eSAF istehsalı üzrə kifayət qədər güclərin istismara verilməsi üçün vaxtın son dərəcə az qalmasından ehtiyat edirəm", - IATA nümayəndəsi deyib Onun sözlərinə görə, eSAF qıtlığı ekoloji baxımdan təmiz yanacaqdan istifadəyə dair məcburi normativlərin yerinə yetirilməsinin qeyri-mümkünlüyü səbəbindən aviasiya sənayesi üçün ciddi maliyyə itkilərinə gətirib çıxara bilər "Kifayət qədər eSAF həcmi olmadıqda tələblərə əməl edilməməsinin xərci 2030-cu ilə qədər təqribən 8 milyard avro təşkil edə bilər və bəzi ssenarilərdə 16 milyard avroya çata bilər. Eyni zamanda, problem yalnız cərimələrdə deyil. "ReFuelEU" təşəbbüsü çərçivəsində tam eSAF təchizat zəncirinin yaradılması müddəti nə qədər uzun təxirə salınarsa, tələblərin yerinə yetirilməməsinin xərci bir o qədər sürətlə artacaq", - P. Ceyn qeyd edib O xəbərdarlıq edib ki, əlavə xərclər, böyük ehtimalla, aviaşirkətlərin üzərinə düşəcək "Nəticədə paradoksal vəziyyət yarana bilər: aviadaşıyıcılar nə yanacağın özünə, nə də onun istifadəsi sayəsində əldə edilməli olan ekoloji faydalara çıxışı olmadan normativlərə əməl edilməməsinə görə pul ödəməyə məcbur olacaqlar", - IATA-nın şöbə rəhbəri əlavə edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


