Tenqri
Ana Səhifə
Dünya

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Son on ildə Höteborqda evsizlik səviyyəsi əhəmiyyətli dərəcədə enib. Evsiz uşaqların sayı 70 faiz azalıb, evsiz sakinlərin ümumi sayı isə, demək olar ki, iki dəfə enərək 5,6 mindən 3,2 minə nəfərə enib AZƏRTAC xəbər verir ki, bələdiyyənin məlumatına görə, əhalisi təxminən 613 min nəfər olan şəhərdə

0 baxışazertag.az
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Paylaş:

Son on ildə Höteborqda evsizlik səviyyəsi əhəmiyyətli dərəcədə enib. Evsiz uşaqların sayı 70 faiz azalıb, evsiz sakinlərin ümumi sayı isə, demək olar ki, iki dəfə enərək 5,6 mindən 3,2 minə nəfərə enib AZƏRTAC xəbər verir ki, bələdiyyənin məlumatına görə, əhalisi təxminən 613 min nəfər olan şəhərdə hazırda 2310 evsiz ailə qeydiyyata alınıb və onların 35 faizi xarici mənşəlidir Evsiz ailələrdən 264-ü kəskin evsizlik vəziyyətindədir. Bu ailələr sığınacaqlarda və müvəqqəti yerləşdirmə məntəqələrində yaşayır və ya gecəni küçələrdə, ictimai yerlərdə, yaxud avtomobillərdə keçirməyə məcbur olur Mütəxəssislər ən uğurlu tədbirlərdən biri kimi bələdiyyə ilə şəhər missiyası tərəfindən birgə hazırlanmış “Əvvəlcə mənzil” (Housing First) proqramını göstərirlər. Bu proqram insanlara daimi yaşayış yeri əldə etməyə kömək edir. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, evsizlik hallarının daha da azaldılması üçün əlçatan mənzillərin sayı artırılmalı, həmçinin maliyyə çətinlikləri və ya digər sosial amillər səbəbindən kirayə bazarına çıxa bilməyən insanlara dəstək göstərilməlidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler