Hörmüz boğazında gizli əməliyyat - ABŞ kimlərə kömək edir?
ABŞ hərbçiləri naviqasiya məhdudiyyətlərinin davam etməsinə baxmayaraq, Hörmüz boğazından keçən kommersiya gəmilərinə gizli dəstək göstərir Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb Nəşrin məlumatına görə, vəziyyətə nəzarət etmək üçün Oman ərazisindən h

ABŞ hərbçiləri naviqasiya məhdudiyyətlərinin davam etməsinə baxmayaraq, Hörmüz boğazından keçən kommersiya gəmilərinə gizli dəstək göstərir Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb Nəşrin məlumatına görə, vəziyyətə nəzarət etmək üçün Oman ərazisindən havaya qaldırılan helikopterlərdən istifadə olunur. Onlar akvatoriyanı müşahidə edir və dronlar da daxil olmaqla, potensial təhdidləri aşkar etmək imkanına malikdirlər Qəzetin iddiasına görə, artıq onlarla ticarət gəmisi bu cür kömək alıb. Eyni zamanda, gəmi heyətləri xüsusi ehtiyat tədbirlərinə riayət etməli olurlar: hərəkət aşağı sürətlə həyata keçirilir, standart naviqasiya vasitələri və transponderlər isə söndürülür ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Brayan Klark "The Telegraph"a bildirib ki, Amerika hərbçiləri gündə təxminən dörd kommersiya gəmisinin boğazdan keçməsinə kömək edir. Onun sözlərinə görə, mövcud sxem ABŞ Prezidenti Donald Trampın əvvəllər elan etdiyi və gözlənilən nəticəni verməyən "Azadlıq Layihəsi"ndən fərqlənir Klark qeyd edib ki, yeni taktika Amerika qüvvələri üçün riskləri azaltmağa imkan verir, çünki hərbi gəmilərin bilavasitə təhdidlə mülki gəmi arasında yerləşdirilməsini tələb etmir Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirir ki, Amerika hərbçiləri ticarət gəmilərini birbaşa müşayiət etmir. CENTCOM vurğulayır ki, onların rolu gəmi heyətləri ilə əlaqə saxlamaq və boğaz rayonunda hərəkətlərin koordinasiyasını təmin etməkdən ibarətdir Ərdoğandan Kərkük MESAJI Pakistanın daxili işlər naziri Tehrana gəldi Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO) Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!" Nişanından bir ay keçməmiş həbs olundu Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO Merts Merkelin şüarını mənimsədi Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO "İlk dəfədir belə pul görürdüm, cibim partlayırdı" Leyla Əliyeva həmin məşhur şeiri səsləndirdi - VİDEO


