Tenqri
Ana Səhifə
Dünya

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükə

0 baxış525.az
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub
Paylaş:

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov qırğızıstanlı qonaqlarla görüşüb Görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və daxili təhlükəsizlik mövzusunda brifinq təqdim olunub Tərəflər ölkələrimiz arasında hərbi təhlükəsizliyə dair əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar Bununla yanaşı, görüşdə sözügedən istiqamətdə aktual mövzulardan danışılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib

Kaynak: 525.az

Diğer Haberler