Hollandiya Azərbaycanın yarısı boydadır, amma aqrar ixracda liderdir
Azərbaycanda kənd təsərrüfatının inkişafında əsas prioritetlərdən biri torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır. Bu istiqamətdə dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət daşıyır Modern.az

Azərbaycanda kənd təsərrüfatının inkişafında əsas prioritetlərdən biri torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır. Bu istiqamətdə dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət daşıyır Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib Sadiq Qurbanov bildirib ki, ərazi baxımından Azərbaycandan xeyli kiçik olan Hollandiya uzun illərdir dünyanın ən böyük kənd təsərrüfatı məhsulları ixracatçıları sırasında yer alır Onun sözlərinə görə, qarşıdakı illərdə əsas məqsəd torpaq və su ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır Komitə sədri qeyd edib ki, Dövlət Proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatında intensiv inkişaf modelinə keçiddir "Rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluğun inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın artırılmasına xidmət edən əsas amillərdəndir", - deyə o vurğulayıb Sadiq Qurbanov İsrail təcrübəsinin də Azərbaycan üçün maraqlı nümunə olduğunu bildirib "İsrail ərazisinin böyük hissəsi quraq və yarımsəhra zonalarından ibarət olsa da, damcı suvarma texnologiyalarının tətbiqi sayəsində dünyanın ən məhsuldar aqrar sistemlərindən birini formalaşdırıb. Bu təcrübə göstərir ki, inkişaf üçün əsas amil təkcə təbii resursların həcmi deyil, onların səmərəli idarə edilməsidir", - deyə komitə sədri əlavə edib


