Hindistanda güclü yağışlar və fırtına nəticəsində 27 nəfər ölüb
Hindistanın Uttar Pradeş ştatında güclü yağış və fırtına nəticəsində 27 nəfər ölüb Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir Məlumata görə, ştatın bir çox bölgəsinə təsir edən güclü yağışlar, fırtına elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində problemlərə səbəb olub

Hindistanın Uttar Pradeş ştatında güclü yağış və fırtına nəticəsində 27 nəfər ölüb Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir Məlumata görə, ştatın bir çox bölgəsinə təsir edən güclü yağışlar, fırtına elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində problemlərə səbəb olub Əlverişsiz hava şəraiti elektrik dirəklərinin və ağacların aşması ilə nəticələnib, çoxlu sayda evə və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib Səlahiyyətli orqanların rəsmilərinin ilkin qiymətləndirmələrə görə, güclü külək və toz fırtınaları səbəbindən Prayaqrajda 16, Bhadohidə 6 və Budaunda 5 nəfər ölüb Zərərin qiymətləndirilməsi və xilasetmə işləri davam etdirilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


