Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb: 5 nəfər ölüb
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi eniş zamanı qəzaya uğrayarkən göyərtəsində olan 5 əsgər həyatını itirib. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 'AN-32' tipli hərbi-nəqliyyat təyyarəsi dünən Assam əyalətinin Corhat rayonunda aviabazanın yaxınlığında eniş edərkən nam

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi eniş zamanı qəzaya uğrayarkən göyərtəsində olan 5 əsgər həyatını itirib. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 'AN-32' tipli hərbi-nəqliyyat təyyarəsi dünən Assam əyalətinin Corhat rayonunda aviabazanın yaxınlığında eniş edərkən naməlum səbəbdən qəzaya uğrayıb Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada təyyarədə olan 5 əsgərin həyatını itirdiyi bildirilib. Açıqlamada qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyasının yaradıldığı da bildirilib


