Tenqri
Ana Səhifə
Dünya

Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü hər il ölkəmizdə yalnız tarixi xatirə günü kimi qeyd edilmir, həm də dövlətçilik fəlsəfəsinin, strateji idarəetmə məktəbinin və milli inkişaf modelinin yenidən dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Ön

0 baxışazertag.az
Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH
Paylaş:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü hər il ölkəmizdə yalnız tarixi xatirə günü kimi qeyd edilmir, həm də dövlətçilik fəlsəfəsinin, strateji idarəetmə məktəbinin və milli inkişaf modelinin yenidən dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin formalaşdırdığı siyasi kurs bu gün müasir Azərbaycanın hərtərəfli inkişafının əsas ideoloji və institusional dayağını təşkil edir Heydər Əliyevin uzaqgörən siyasəti yalnız dövlət idarəçiliyi və milli təhlükəsizlik sahələri ilə məhdudlaşmırdı. Bu siyasət ölkənin urbanizasiya modelinə, şəhərsalma strategiyasına və tarixi-mədəni irsin qorunmasına da dərin təsir göstərib. Onun rəhbərliyi dövründə həyata keçirilən şəhərsalma siyasəti milli memarlıq ənənələrinin qorunması ilə müasir tikinti texnologiyalarının sintezini təmin edərək Azərbaycanın şəhər mühitində unikal balans yaradıb. Tarixi abidələrin bərpası, şəhərlərin planlı inkişafı və infrastruktur layihələrinin ardıcıl icrası məhz bu strateji baxışın nəticəsi olub Bu fikirləri AZƏRTAC-a açıqlamasında ictimai analitik Elşən Əliyev deyib O qeyd edib ki, Ulu Öndərin şəhərsalma irsi ölkəmizdə memarlığın və şəhərsalmanın dövlətin inkişaf strategiyasının vacib hissəsinə çevrilməsinin əsasını qoyub. Heydər Əliyev dövründə formalaşan şəhərsalma yanaşması sonrakı illərdə də davam etdirilib və daha sistemli, genişmiqyaslı inkişaf mərhələsinə keçib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün tələblərinə uyğun ardıcıl olaraq həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın şəhərsalma modelinin innovativ və dayanıqlı inkişaf konsepsiyasına əsaslandığını nümayiş etdirir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri, ekoloji tarazlığın qorunması və rəqəmsal texnologiyaların tətbiqi müasir urbanizasiya siyasətinin əsas istiqamətlərini təşkil edir “Prezident İlham Əliyevin uğurlu xarici siyasəti isə bu inkişaf modelinin beynəlxalq miqyasda tanınmasına və dəstəklənməsinə şərait yaradır. Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakı, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və çoxtərəfli diplomatik münasibətlərin inkişafı ölkəmizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət nəticəsində Azərbaycan yalnız regionda deyil, dünya miqyasında da etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF13) xüsusi əhəmiyyət kəsb edir. Forum dayanıqlı şəhər inkişafı, urbanizasiya çağırışları və innovativ həll yolları ətrafında qlobal müzakirə platforması olmaqla yanaşı, Azərbaycanın da bu sahədə əldə etdiyi nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün mühüm imkan yaradır. Azərbaycanın şəhərsalma təcrübəsi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan müasir yanaşmalar qlobal urbanizasiya gündəliyinə real töhfə kimi qiymətləndirilə bilər”, - deyə ictimai analitik vurğulayıb Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun davamlılığı bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə təmin edilib. Azərbaycanın şəhərsalma siyasəti isə bu kursun mühüm istiqamətlərindən biri kimi həm milli inkişafa rəvac verir, həm də ölkəmizi qlobal urbanizasiya proseslərinin fəal iştirakçısına çevirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler