Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun siyasi irsinə nəzər saldıqda bir həqiqət xüsusilə aydın görünür: Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə XX əsrin sonu və XXI əsrin əvvəllərində beynəlxalq münasi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun siyasi irsinə nəzər saldıqda bir həqiqət xüsusilə aydın görünür: Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə XX əsrin sonu və XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində mühüm iz qoymuş dünya səviyyəli siyasi lider olub. Onun həyata keçirdiyi siyasət, qəbul etdiyi strateji qərarlar və qurduğu beynəlxalq münasibətlər modeli bu gün də müxtəlif ölkələrdə siyasi liderlik nümunəsi kimi araşdırılır Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib Onun fikrincə, Heydər Əliyevi dünyamiqyaslı lider kimi şərtləndirən əsas faktlardan biri onun Sovet İttifaqı dövründə əldə etdiyi yüksək siyasi nüfuz idi. O dövrdə SSRİ kimi nəhəng geosiyasi gücün rəhbər strukturlarında təmsil olunmaq yalnız yüksək intellektual hazırlıq deyil, eyni zamanda, fövqəladə siyasi idarəetmə qabiliyyəti tələb edirdi. Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun – Politbüronun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Bu, Azərbaycan tarixində misilsiz hadisə idi. Həmin dövrdə iki fövqəldövlətdən biri olan SSRİ-nin Politbüro üzvləri dünyanın ən təsirli siyasi qərarvericiləri sırasında yer alırdılar “Heydər Əliyevin beynəlxalq nüfuzunun bariz nümunəsi olan maraqlı faktlardan biri də dünya mediasının ona diqqəti idi. Xarici publisistik mənbələrdə Heydər Əliyev SSRİ rəhbərliyində yüksələn siyasi fiqur kimi xarakterizə edilmişdir. O, SSRİ rəhbərliyində sürətlə yüksələn və gələcəkdə daha böyük siyasi rol oynayacağı gözlənilən lider kimi təqdim olunurdu. Soyuq müharibə dövründə Qərb mediasının SSRİ rəhbərliyindəki şəxsləri bu cür diqqətlə izləməsi və müsbət siyasi perspektivlə təqdim etməsi olduqca nadir hal hesab olunurdu. Bu isə Heydər Əliyevin yalnız regional deyil, beynəlxalq siyasi dairələrin də diqqət mərkəzində olduğunu göstərirdi”, - deyə İdarə Heyətinin sədri əlavə edib Ramil İskəndərli bildirib ki, Azərbaycanın müstəqillik dövründə Heydər Əliyevin ən mühüm tarixi xidmətlərindən biri ölkənin enerji strategiyasını düzgün müəyyənləşdirməsi və onu qlobal iqtisadi sistemə inteqrasiya edə bilməsi idi. 1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi təkcə iqtisadi layihə deyildi. Bu müqavilə Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin olunması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin qurulması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından strateji dönüş nöqtəsi idi “Heydər Əliyevin dövlətçilik bacarığı və siyasi uzaqgörənliyi dünya liderləri tərəfindən də daim yüksək qiymətləndirilib. ABŞ-nin keçmiş Prezidenti Bill Klinton Heydər Əliyevi “öz xalqını çətin dövrdə sabitliyə və inkişaf yoluna çıxaran müdrik lider” kimi xarakterizə etmişdi. Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl isə onu “Türk dünyasının böyük dövlət adamı” adlandırırdı. Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevin “müstəsna dövlətçilik təcrübəsinə malik siyasətçi” olduğunu qeyd etmişdi Bununla yanaşı, Heydər Əliyev beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış liderlərdən biri idi. O, həm Qərb dövlətləri, həm Rusiya, həm də İslam dünyası ilə münasibətlərdə balans siyasətini uğurla həyata keçirərək Azərbaycanın müstəqil xarici siyasət kursunu təmin etmişdi. Bu siyasət nəticəsində Azərbaycan qlobal geosiyasi qarşıdurmalar fonunda öz milli maraqlarını qorumağı bacaran etibarlı tərəfdaş imici qazandı”, - deyə QHT sədri diqqətə çatdırıb Sonda Ramil İskəndərli qeyd edib ki, Heydər Əliyev mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumağın, praqmatik diplomatiyanın, siyasi uzaqgörənliyin və güclü dövlət idarəçiliyinin nümunəsini yaratmış tarixi şəxsiyyət idi. Onun müəyyən etdiyi siyasi standartlar bu gün də Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olaraq qalır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
