“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində iyunun 5-də təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsi başa çatıb Partiyadan AZƏRTAC-a bildirilib ki, Göygöl rayonunda yerləşən “Yaylaq” d

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində iyunun 5-də təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsi başa çatıb Partiyadan AZƏRTAC-a bildirilib ki, Göygöl rayonunda yerləşən “Yaylaq” düşərgəsində keçirilən layihənin bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib Tədbirdə YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Mərkəzi Aparatının Təşkilat və Gender siyasəti və gənclərlə iş şöbələrinin baş məsləhətçiləri Araz Salmanov və Günel Məmmədova çıxış ediblər Qeyd olunub ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, onların təhsilinə, şəxsi inkişafına və ictimai fəallığının artırılmasına yönəlmiş ardıcıl siyasət bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası da bu siyasətə uyğun olaraq gənclərin bilik və bacarıqlarının artırılması, vətənpərvər ruhda yetişməsi və cəmiyyət həyatında daha fəal iştirak etməsi üçün müxtəlif layihələr həyata keçirməkdədir. “Heydər Əliyev məktəbi” layihəsi də həmin məqsədlərə xidmət edən mühüm layihələrdən biridir Vurğulanıb ki, layihənin əsas məqsədlərindən biri də ölkəmizin müxtəlif şəhər və rayonlarından olan gənclər arasında əlaqələrin daha da gücləndirilməsi idi. Layihə çərçivəsində keçirilən tədbirlər gənclərin komanda işi, ünsiyyət və təşkilatçılıq bacarıqlarının inkişafına mühüm töhfə verib. Bu cür təşəbbüslər gənclərin inkişafında, onların cəmiyyət həyatında daha fəal iştirakının təmin edilməsində və milli-mənəvi dəyərlərə bağlı, savadlı gənc nəslin formalaşmasında mühüm rol oynayır Daha sonra layihə iştirakçıları düşərgə barədə təəssüratlarını bölüşüblər İştirakçılara sertifikatlar, intellektual yarışlarda qələbə qazanan komandalara xatirə kubokları verilib Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

