Tenqri
Ana Səhifə
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azəripək” ASC-də olub (FOTO)

BAKI, Azərbaycan, 1 iyul. İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən biri və ölkənin milli ipək irsinin əsas rəmzi olan “Azəripək” Açıq Səhmdar Cəmiyyətində olub Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə məlumat verilib Pre

0 baxıştrend.az
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azəripək” ASC-də olub (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 1 iyul. İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən biri və ölkənin milli ipək irsinin əsas rəmzi olan “Azəripək” Açıq Səhmdar Cəmiyyətində olub Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə məlumat verilib Prezident İlham Əliyevin rəhbərliyi ilə milli mədəni irsin qorunub saxlanması, ənənəvi sənətkarlığın inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi, “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlətin ardıcıl siyasəti çərçivəsində “Azəripək” ASC strateji əhəmiyyətə malikdir. Bir əsrdən artıq tarixə malik müəssisə ölkənin yeganə təbii ipək istehsalçısı olaraq qalır “Azəripək” ASC təkcə istehsal müəssisəsi deyil, həm də Azərbaycanın zəngin ipəkçilik ənənələrinin, milli sənətkarlıq sənətinin, mədəni irsinin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan strateji sənaye kompleksidir. Tamamilə təbii xammala əsaslanan ekoloji təmiz istehsal prinsiplərinə sadiq qalaraq, müəssisə yaşıl iqtisadiyyatın inkişafına öz töhfəsini verir və Azərbaycan ipəyini dünya bazarlarında uğurla təbliğ edir “Azəripək” ASC-nin fəaliyyəti sayəsində Azərbaycanın 40-dan çox rayonunda minlərlə barama istehsalçısı və fermeri ipəkçiliklə məşğul olur, müəssisədə isə 400-dən çox insan çalışır. Şirkət regionlarda məşğulluğa, kənd təsərrüfatının inkişafına, ipəkçilik sənayesində davamlı dəyər zəncirinin yaradılmasına mühüm töhfə verir Səfər zamanı Leyla Əliyeva UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi kəlağayıçılıq sənətinin qorunub saxlanıldığı barama emalı sexinə, toxuculuq emalatxanasına və emalatxanaya baxıb. O, təbii Azərbaycan ipək istehsalının bütün mərhələləri ilə tanış olub, çoxəsrlik sənətkarlıq ənənələrinin müasir texnologiyalar vasitəsilə necə qorunub saxlanıldığını və inkişaf etdirildiyini müşahidə edib Leyla Əliyeva müəssisənin işçiləri ilə söhbət edib, onların peşəkarlığını və Azərbaycanın ipəkçilik ənənələrinin qorunub saxlanmasında göstərdikləri fədakarlığı yüksək qiymətləndirib, onlarla xatirə şəkli çəkdirib Səfərin sonunda Leyla Əliyevaya kəlağayı hədiyyə edilib Səfər Azərbaycanın milli irsinə, ipəkçilik sənayesinə, “Azəripək” ASC-nin çoxəsrlik ənənələrinə verilən önəmi daha da nümayiş etdirdi. Həmçinin ölkədə milli istehsalın, ekoloji təmiz məhsulların və ənənəvi sənətkarlığın inkişafına dəstək vurğulanıb

Kaynak: trend.az

Diğer Haberler