Hesablama Palatasının sədri: İlk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib
Müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib. APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında”

Müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib. APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ni təqdim edərkən bildirib. Vüqar Gülməmmədov deyib ki, dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir. Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə, dövlətin maliyyə idarəetməsinin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir: “2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddinə çataraq 39,2 mlrd. manat təşkil edib. Gəlirlərin həcminin əhəmiyyətli artımı fonunda eynilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəm 38,6 mlrd. manat olub. Lakin xərclər üzrə son 10 ildə ən aşağı icra faizi məhz ötən il 93,2% nisbətində müşahidə edilib, proqnozla müqayisədə büdcə xərcləri 2803,0 mln.manat az icra edilib. Bu da digər fiskal intizam parametri olan büdcə balansına təsir edib. Nəticədə dövlət büdcəsində 3 mlrd. manatlıq proqnozlaşdırılan kəsir 580 mln. manatlıq profisitlə əvəz edilib”. Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, icmal büdcədə də 2025-ci ildə profisit müşahidə edilib: “Bu göstərici müvafiq olaraq 3355,1 mln.manat və ya ÜDM-in 2,6% nisbətində olub. Profisitin yaranmasının mənbəyi dövlət büdcəsi ilə yanaşı Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsində yaranan büdcə artıqlığıdır. Beləliklə, müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib”. Hesablama Palatasının sədri nəzərə çatdıırb ki, hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olub: “Büdcədən transfertlər 2024-cü illə müqayisədə 8,9% azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki, kənarlaşma izlənməyib. Hesablama Palatası olaraq büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərinin geniş öz əksini tapmasını məqsədəuyğun hesab edirik” Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək Portuqaliyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulur Müsadirə olunmuş külli miqdarda narkotik məhv edilib - FOTO Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib Tahir Mirkişili: İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənd yaxın illərdə müasir aqrar mərkəzlərə çevriləcək Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlərlə test imtahanı keçirilib - FOTO Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır Azad edilən ərazilərdə 80 min hektarın suvarma suyu ilə təmin olunması nəzərdə tutulur İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib Mərkəz direktoru: Aqrar sahədə Dövlət Proqramı 5 prioritet, 16 fəaliyyət istiqamətindən ibarətdir Məcnun Məmmədov: Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarından səmərəli istifadədir Hesablama Palatasının sədri: İlk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib Ötən il cari xərclərin 92%-i qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manatdan çox üstələyib Nazir: Qarabağ və Şərqi Zəngəzurda iri bağçılıq, südçülük və heyvandarlıq aqroparkları yaradılması istiqamətində işlər aparılır FHN-də Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir Azərbaycana 328 kq narkotiki qayıqla keçirmək istəyən İran vətəndaşlarının məhkəməsi başlayıb Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib Vahid Hacıyev: Aqrar sektora dövlət dəstəyi əhəmiyyətli dərəcədə artırılıb Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır Soltan Məmmədov: Heydər Əliyev Fondunun Vatikanla layihələri və Natəvan mükafatı Azərbaycana qarşı əsassız iddialara layiqli cavabdır ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib- FOTO - YENİLƏNİB Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasında incə cizgi idi - RƏY Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub Koordinasiya Şurasında Eqmont Qrupunun plenar iclasına hazırlıq müzakirə olunub Aqrar sahə üzrə Dövlət Proqramının icrası üçün dövlət xətti ilə 2, özəl sektordan isə 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur Yanvar-may aylarında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib Xalid Əhədov: İcra başçıları, sahibkarlar və iri fermerlər Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət yetirməlidir Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilir - FOTO İcra başçısı: İsmayıllıda Avropa pendir növləri istehsal olunacaq ADSEA su infrastrukturunun təmir-bərpası ilə bağlı planlarının açıqlayıb Nazir müavini: Azərbaycanda əlavə 150 min tonluq taxıl siloları yaradılacaq Macarıstanda Moldovaya məxsus nəqliyyat vasitələri qəza törədib, 8 nəfər ölüb Prezidentin köməkçisi: Dövlət proqramı aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir Nazir müavini: İribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması əsas hədəflərdəndir Azərbaycanda müasir suvarma sahələri 300 min hektara çatdırılacaq Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur Şirvan suvarma kanalının tikintisinin gələn il tamamlanması gözlənilir Xalid Əhədov: Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb İlhamə Qədimova: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib Bəzi yerlərdə yağıntılı hava davam edir - FAKTİKİ HAVA Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir
Diğer Haberler

75-ci məktubun işi məxfilikdən çıxarıldı. Onu imzalayanlar həbsdə olarkən, Taşiyev çoxuşaqlı ailəyə ev verir

Şəxsi hesabda xeyriyyə məqsədilə pul yığılmasının qadağan edilməsi təklif edilir
