Tenqri
Ana Səhifə
Dünya

Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub

Hörmüz boğazının bağlanması təkcə aviasiya kerosininin deyil, həm də ekoloji baxımdan təmiz aviasiya yanacağının (SAF) qiymətlərinin artmasına səbəb olub "Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) enerji keçidi məsə

0 baxışreport.az
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
Paylaş:

Hörmüz boğazının bağlanması təkcə aviasiya kerosininin deyil, həm də ekoloji baxımdan təmiz aviasiya yanacağının (SAF) qiymətlərinin artmasına səbəb olub "Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) enerji keçidi məsələləri üzrə direktoru Hemant Mistri IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib Onun sözlərinə görə, yaranmış vəziyyət enerji mənbələrinin diversifikasiyasının və enerji təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb "SAF aviasiya sənayesinin dekarbonizasiyasının əsas aləti olaraq qalır. Lakin indi hökumətlər təchizatın dayanıqlılığı və təhlükəsizliyi baxımından enerji balansında bərpa olunan yanacağın rolunu yenidən nəzərdən keçirməlidirlər. Bununla yanaşı, rəqabətədavamlı qiymətləndirmənin təmin edilməsi son dərəcə vacibdir", - H. Mistri qeyd edib O vurğulayıb ki, ənənəvi aviasiya yanacağının qiymətlərinin artmasının ardınca istehsal xərcləri birbaşa olaraq qazıntı yanacağının dəyəri ilə bağlı olmayan SAF da bahalaşıb "Bu, ciddi problem yaradır. SAF istehsalının miqyasının genişləndirilməsi mərhələsində ekoloji baxımdan təmiz və ənənəvi yanacaq arasındakı qiymət fərqinin daha da artmasına yol verməmək lazımdır. Xüsusilə mövcud böhran və istehsal həcminin artırılması şəraitində bu fərqi azaltmaq üçün imkanlardan maksimum istifadə etmək vacibdir", - enerji keçidi məsələləri üzrə direktor bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler