Hakan Safi Leao bombasını partlatdı! Yer hərəkət edəcək
Fənərbaxçada prezident seçkiləri yaxınlaşdıqca transfer gündəmi daha da aktivləşib. Prezidentliyə namizədlərdən Hakan Safinin Milanın ulduz futbolçusu Rafael Leao üçün mühüm addım atdığı iddia edilib Türkiyə qəzetində yer alan xəbərə görə, transfer işləri çərçivəsində İtaliyaya gedən Hakan Safi Mi

Fənərbaxçada prezident seçkiləri yaxınlaşdıqca transfer gündəmi daha da aktivləşib. Prezidentliyə namizədlərdən Hakan Safinin Milanın ulduz futbolçusu Rafael Leao üçün mühüm addım atdığı iddia edilib Türkiyə qəzetində yer alan xəbərə görə, transfer işləri çərçivəsində İtaliyaya gedən Hakan Safi Milanla masa arxasına oturub. Xəbərdə Safinin portuqaliyalı ulduz Rafael Leao ilə prinsipial razılığa gəldiyi iddia edilib. Fənərbaxçada seçki öncəsi gündəmə gələn bu inkişaf diqqət çəkib İddialara görə, Milan rəhbərliyi də Rafael Leaonun gedişinə müsbət yanaşır. İtaliya komandasının ulduz futbolçu üçün 50-60 milyon avroluq transfer qiyməti gözlədiyi bildirilib. Hakan Safinin prezident seçiləcəyi təqdirdə Rafael Leaonun transferinin ilk böyük gediş olacağı bildirilir 26 yaşlı Rafael Leao bu mövsüm "Milan"ın heyətində 30 matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda bazar dəyəri təxminən 65 milyon avro olan ulduz futbolçunun İtaliya komandası ilə 2028-ci ilə qədər müqaviləsi var

