Hakan Fidan Sofiyada yunan həmkarı Gerapetrit ilə görüşüb
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində xarici işlər naziri Hakan Fidanın Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüş keçirdiyini açıqlayıb Nazirlikdən verilən açıqlamada g

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində xarici işlər naziri Hakan Fidanın Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüş keçirdiyini açıqlayıb Nazirlikdən verilən açıqlamada görüşün Bolqarıstanın paytaxtı Sofiyada baş tutduğu bildirilib. Qeyd olunub ki, iki nazir sammit çərçivəsində görüşüb, ikitərəfli və regional məsələlər ətrafında qiymətləndirmələr aparıblar Görüşün məzmunu ilə bağlı təfərrüatlar paylaşılmasa da, təmas Türkiyə ilə Yunanıstan arasında son diplomatik dialoq çərçivəsində baş tutduğu bildirilib


