Ərdoğan - Quterreş görüşündə Kipr detalı
Türkiyə prezidenti Ərdoğan BMT-nin baş katibi Quterreşlə telefonla danışıb Rabitə Müdirliyindən verilən məlumata görə, görüş zamanı regional və qlobal hadisələr müzakirə edilib. Ərdoğan Türkiyə olaraq İran, Qəzza və Afrika Buynuzu başda olmaqla bir çox coğrafiyada sülh və sabitliyin bərqərar olması

Türkiyə prezidenti Ərdoğan BMT-nin baş katibi Quterreşlə telefonla danışıb Rabitə Müdirliyindən verilən məlumata görə, görüş zamanı regional və qlobal hadisələr müzakirə edilib. Ərdoğan Türkiyə olaraq İran, Qəzza və Afrika Buynuzu başda olmaqla bir çox coğrafiyada sülh və sabitliyin bərqərar olması üçün səy göstərdiklərini bildirib. Ərdoğan ABŞ və İran arasında yaranan problemlərin diplomatik yolla həlli imkanının çox yaxşı dəyərləndirilməli olduğunu, beynəlxalq ictimaiyyətin prosesin sabotaj edilməsinin qarşısını almağa borclu olduğunu bildirib. Prezident Ərdoğan BMT missiyalarının Suriyadakı fəaliyyətlərini səmərəli şəkildə davam etdirmələrinin vacib olduğunu və Türkiyənin bu mövzuda lazımi dəstəyi verməyə davam edəcəyini bildirib. Görüşdə Kipr adasındakı son hadisələr, Qəzza və Livandakı humanitar vəziyyət də müzakirə edilib


