Günə damğasını vuran iddia: Beşiktaş Mauro İkardini istəyir
"Qalatasaray"da gələcəyi qarışıq olan Mauro İkardi ilə bağlı Argentinadan bomba iddiası gəlib Argentina mətbuatında yer alan xəbərə görə; Sarı-qırmızılı rəhbərliyin komandadakı maaş tarazlığını qorumaq üçün ulduz hücumçu Mauro İkardiyə təklif etdiyi maaşın azaldılması təklifi argentinalı futbolçu

"Qalatasaray"da gələcəyi qarışıq olan Mauro İkardi ilə bağlı Argentinadan bomba iddiası gəlib Argentina mətbuatında yer alan xəbərə görə; Sarı-qırmızılı rəhbərliyin komandadakı maaş tarazlığını qorumaq üçün ulduz hücumçu Mauro İkardiyə təklif etdiyi maaşın azaldılması təklifi argentinalı futbolçu tərəfindən qəbul edilməyib İkardinin gələcəyindəki bu tıxanma, transfer dövrünün ən böyük oğurluq iddialarından birini gündəmə gətirdi. İkardi "Sarı-qırmızılılar"ın maaş azaldılması təklifini qəbul etmədikdən sonra əzəli rəqibi "Beşiktaş"ın transferə hücum edəcəyi iddia edilib və İkardinin meneceri ilə əlaqə saxlamaq üçün hazırlıqlara başlayıb Tətilini Yaponiyada davam etdirən İkardi bu mövsüm Super Liqada 31 matçda 14 qol vurub, 1 məhsuldar ötürmə edib. Ümumilikdə 1313 dəqiqə meydanda qalan ulduz futbolçu 94 dəqiqədə hesaba töhfə verməyi bacarıb


