Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar
Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı Gənclər Mərkəzində təşkil olunan görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoça

Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı Gənclər Mərkəzində təşkil olunan görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub Fərid Qayıbov bildirib ki, may ayı ərzində Azərbaycanın Dövlət Himni 15 ölkədə səsləndirilib və idmançılarımız 70-i qızıl, 58-i gümüş və 103-ü bürünc olmaqla, ümumilikdə 231 medal qazanıblar Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələr barədə məlumat veriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


