Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər uşaq musiqi və incəsənət məktəblərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan “İthaf” adlı konsert proqramı keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənc

Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər uşaq musiqi və incəsənət məktəblərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan “İthaf” adlı konsert proqramı keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin inkişafına göstərdiyi diqqət və mədəniyyət sahəsinə verdiyi töhfələrdən bəhs olunub. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik yolu bu gün də uğurla davam etdirilir və gələcək nəsillər üçün örnək olaraq yaşayır Konsert proqramında Gəncə şəhərinin müxtəlif uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə Azərbaycan bəstəkarlarının əsərləri, muğam və xalq musiqisi nümunələri səsləndirilib Proqram Azər Dadaşovun “Heydər atamız” əsəri ilə başlayıb. Daha sonra Fikrət Əmirovun “Baharımsan”, Üzeyir Hacıbəylinin “Fantaziya” və “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi”, Fərhad Bədəlbəylinin “Prelüdiya”, eləcə də digər musiqi nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb Tədbirdə həmçinin “Qarabağ şikəstəsi”, “Heyratı” ritmik muğamı və “Vətən” adlı musiqi nömrələri ifa olunub Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğının bu gün də davam etdirildiyini vurğulayıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
