Gəncə səfəri və dönüş nöqtəsi: Xilaskarlıq missiyasının başlandığı gün
15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix ölkənin müasir dövlətçilik tarixində mühüm mərhələ hesab edilir və 1993-cü ildə baş verən siyasi proseslərlə əlaqələndirilir. Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və dövlət ida

15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix ölkənin müasir dövlətçilik tarixində mühüm mərhələ hesab edilir və 1993-cü ildə baş verən siyasi proseslərlə əlaqələndirilir. Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və dövlət idarəçiliyinin yenidən formalaşdırılması kontekstində qiymətləndirilir Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Hüseynovun fikirlərini öyrənib Deputat bildirib ki, 1993-cü ilin iyununda Azərbaycan müstəqillik tarixinin ən ağır dövrlərindən birini yaşayırdı Onun sözlərinə görə, həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsiz idarəçiliyi, xəyanəti, siyasi təcrübəsizliyi və qəbul etdiyi uğursuz qərarlar ölkəni dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə gətirib çıxarmışdı “Dövlət idarəetmə sistemi zəifləmiş, iqtisadi vəziyyət ağırlaşmış, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edirdi. Ölkə daxilində isə hakimiyyət böhranı, qarşıdurmalar və silahlı qrupların fəaliyyəti dövlətçiliyin gələcəyini ciddi təhlükə altına salmışdı. Gəncə hadisələri bu böhranı daha da dərinləşdirmiş və Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu”, - deyə Aydın Hüseynov qeyd edib Araşdırma və çıxış yolu Millət vəkili vurğulayıb ki, belə bir şəraitdə Azərbaycan xalqı, ziyalılar və ictimaiyyət nümayəndələri ölkənin xilası üçün Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyirdilər Deputatın sözlərinə görə, cəmiyyət yaranmış böhrandan çıxış yolunun böyük siyasi təcrübəyə, dövlətçilik təfəkkürünə və qətiyyətli liderliyə malik bir şəxsin ölkə rəhbərliyinə qayıdışından keçdiyini anlayırdı Aydın Hüseynov qeyd edib ki, məhz buna görə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dəvət olundu və onun paytaxta gəlişi cəmiyyətdə böyük ümid yaratdı Deputat bildirib ki, Heydər Əliyev Bakıya gəldikdən sonra ilk növbədə ölkədə yaranmış vəziyyəti dərindən öyrənməyə başladı, müxtəlif siyasi qüvvələrlə, dövlət nümayəndələri və ictimaiyyət təmsilçiləri ilə görüşlər keçirdi “Qarşısında duran əsas məqsəd ölkəni vətəndaş qarşıdurmasından xilas etmək, dövlətçiliyi qorumaq və sabitliyi bərpa etmək idi”, - deyə müsahibimiz bildirib Gəncə səfəri və dönüş nöqtəsi Millət vəkili qeyd edib ki, həmin günlərdə Heydər Əliyevin Gəncəyə səfəri xüsusi əhəmiyyət daşıyırdı Onun sözlərinə görə, mürəkkəb və təhlükəli şəraitə baxmayaraq, hadisələrin baş verdiyi bölgəyə gedərək vəziyyət iyerində araşdırdı və müxtəlif tərəflərlə danışıqlar apardı Deputat vurğulayıb ki, bu səfər ölkədə qan tökülməsinin qarşısının alınmasına, qarşıdurmanın genişlənməməsinə və sabitliyin bərpasına mühüm töhfə verdi “Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı”, - deyə Aydın Hüseynov əlavə edib Deputat qeyd edib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu Onun sözlərinə görə, bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin bərpası və dövlət idarəçiliyinin yenidən qurulması istiqamətində yeni mərhələnin başlanğıcı idi Məhz buna görə də 15 İyun tarixi sonradan Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi Milli Qurtuluş Gününün müasir dövrə verdiyi mesaj Aydın Hüseynov bildirib ki, həmin dövrdə Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getmişdi Deputatın sözlərinə görə, dövlət hakimiyyətində ciddi boşluqlar yaranmış, ölkənin idarə olunması sahəsində böyük çətinliklər meydana çıxmışdı və bir sıra dövlət qurumları öz vəzifələrini lazımi səviyyədə yerinə yetirə bilmirdi Millət vəkili qeyd edib ki, belə mürəkkəb şəraitdə ölkənin idarə olunması və dövlətçiliyin qorunması məsuliyyəti Heydər Əliyevin üzərinə düşdü O vurğulayıb ki, qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı, dövlət institutlarının fəaliyyəti gücləndirildi, qanunçuluğun təmin olunmasına başlanıldı, nizami ordu quruculuğu istiqamətində tədbirlər həyata keçirildi və Azərbaycanın gələcək inkişafının əsasları formalaşdırıldı “Sonrakı dövrdə əldə edilən iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması, xarici investisiyaların cəlb olunması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi məhz həmin dövrdə yaradılmış siyasi sabitliyə söykənirdi”, - deyə deputat bildirib Aydın Hüseynovun sözlərinə görə, bu gün Milli Qurtuluş Gününün əhəmiyyəti daha aydın görünür O qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq aləmdə qazandığı mövqe, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik ənənələrinin möhkəm təməl üzərində qurulduğunu göstərir Millət vəkili əlavə edib ki, bu təməlin formalaşmasında Heydər Əliyevin xilaskarlıq missiyası müstəsna rol oynayıb “Milli Qurtuluş Günü gənc nəslə çox mühüm mesajlar verir. Bu tarix göstərir ki, müstəqillik və dövlətçilik hər bir xalqın ən böyük sərvətidir. Dövlətin qorunması üçün milli birlik, vətənpərvərlik, məsuliyyət və güclü siyasi iradə vacibdir. Gənclər bilməlidirlər ki, bu gün sahib olduğumuz güclü Azərbaycan dövləti böyük sınaqlardan keçərək formalaşıb və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur”, - deyə millət vəkili fikirlərini yekunlaşdırıb Müəllif: Adəm Abbaslı Makronun beynəlxalq korrupsiya sxemi - Rüşvət qarşılığında yox olan sanksiyalar ABŞ-İran memorandumunun şifrələri – Yekun anlaşma olacaqmı? Böyük qayıdışla başlayan yol: İqtisadi dirçəlişdən Zəfərə uzanan Azərbaycan modeli Diplomatiya və müharibə arasında: İran niyə yenidən bombalanır? Qurbanov və dəstəsinin ifşası: 17 min manatla gəzən milyonçu “qhtşniklər” Ermənistanda seçkinin nəticəsi: Qalib Prezident İlham Əliyevdir! Müğənnilər birləşib atı "övladlığa" götürdülər Ermənistanı bürüyən dəhşətli tornadolar əhalini qorxuya saldı - VİDEO Rusiyada narazılıq yaradan erməni belə saxlanıldı: Gümrüdə abidəni dağıtmışdı - VİDEO Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb


