Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir
Azərbaycanın Xalq şairi Səməd Vurğunun yaradıcılığı bu gün də aktuallığını qoruyur və onun poetik dili müasir oxucu tərəfindən asanlıqla qavranılır Bunu AZƏRTAC-a açıqlamasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən aktrisa Günəş Tegin söyləyib O diqqətə

Azərbaycanın Xalq şairi Səməd Vurğunun yaradıcılığı bu gün də aktuallığını qoruyur və onun poetik dili müasir oxucu tərəfindən asanlıqla qavranılır Bunu AZƏRTAC-a açıqlamasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən aktrisa Günəş Tegin söyləyib O diqqətə çatdırıb ki, tədbirə hazırlıq prosesi bir neçə ay əvvəl başlayıb və proqramın yüksək səviyyədə təqdim olunması üçün bütün yaradıcı heyət böyük həvəslə çalışıb Tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu bildirən aktrisa deyib: “Tədbir çərçivəsində böyük şairin əsərlərində yaratdığı obrazlar səhnədə yenidən canlandırılıb. Mən Səməd Vurğunun məşhur “Aygün” poemasından parçalar və şairin Vətən sevgisini, insan duyğularını əks etdirən şeirlər səsləndirdim. “Aygün” poemasını xüsusi sevgi ilə oxuyuram və bu əsər öz dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

