Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün Ukrayna üçün əhəmiyyəti haqqında
Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) on üçüncü sessiyası davamlı şəhər inkişafı sahəsində ən mühüm beynəlxalq tədbirlərdən biridir. Ukrayna üçün bu gün şəhərin bərpası mövzusu artıq nəzəri deyil, praktikdir. Və beynəlxalq dəstəyin tədricən konkret həyata keçirilən layihələrə çevrilmə

Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) on üçüncü sessiyası davamlı şəhər inkişafı sahəsində ən mühüm beynəlxalq tədbirlərdən biridir. Ukrayna üçün bu gün şəhərin bərpası mövzusu artıq nəzəri deyil, praktikdir. Və beynəlxalq dəstəyin tədricən konkret həyata keçirilən layihələrə çevrilməsi vacibdir Bunu AZƏRTAC -a açıqlamasında “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov deyib O, Azərbaycanın İrpendə sosial infrastrukturun, xüsusilə lisey və şəhər klinikasının bərpasına artıq qoşulduğunu vurğulayıb “Bu, ölkələrimiz arasında əməkdaşlığın təkcə humanitar deyil, həm də uzunmüddətli iqtisadi və infrastruktur ölçüsü ola biləcəyini göstərir World Urban Forum 13 kimi beynəlxalq platformalar Ukrayna şəhərlərinin gələcək bərpası ilə bağlı dövlətlər, bələdiyyələr, biznes və investorlar arasında dialoq üçün əlavə imkanlar yaradır Bu gün Ukraynada gələcək infrastruktur və investisiya layihələrində iştirak edə biləcək beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın formalaşdırılması son dərəcə vacibdir”, - deyə Cəlal Hüseynov əlavə edib


.jpg&w=2048&q=70)