İspaniya ilə oyunun qəhrəmanı Azərbaycanda 100 minə oynamağa hazırdı
2026-cı il dünya çempionatında İspaniya ilə dünənki oyunundan (0:0) sonra bütün dünyada məşhurlaşan Vozinya ləqəbli Cape Verde futbol komandasının qapıçısı Cosimar Dias üç il əvvəl Azərbaycan çempionatında olmaqdan məmnun olardı Futbol agenti Fuad İbrahimin dediyi kimi, 2023-cü ildə Vozinhanın özü

2026-cı il dünya çempionatında İspaniya ilə dünənki oyunundan (0:0) sonra bütün dünyada məşhurlaşan Vozinya ləqəbli Cape Verde futbol komandasının qapıçısı Cosimar Dias üç il əvvəl Azərbaycan çempionatında olmaqdan məmnun olardı Futbol agenti Fuad İbrahimin dediyi kimi, 2023-cü ildə Vozinhanın özü ona yaxınlaşıb və Azərbaycan klublarından birinə keçmək arzusunu bildirib. Həmin vaxt Slovakiyanın "Trençin" klubuna məxsus olan qapıçı ildə 100 min dollar maaş istəyib Qapıçı ilə yazışmalarının skrinşotlarını paylaşan agent, "Təəssüf ki, komandalarımızın heç biri onu bəyənmədi" dedi 2024-cü ildə Vozinha Portuqaliya Çaves klubuna keçdi. O, əvvəllər Avropada Moldova Zimbru, Portuqal Gil Visente və Kipr AEL-nin qapılarını da qoruyub 40 yaşlı qolkiper dünya çempionatının 1-ci turunun İspaniya ilə oyununda 7 seyv edərək qəhrəmana çevrilib. Onun oyunu sayəsində Kabo-Verde yığması ispanlara uduzmayaraq sensasiyalı heç-heçəyə imza atıb - 0:0 Cəmi bir neçə saat ərzində qapıçının İnstaqramda izləyicilərinin sayı 4 milyon artaraq 4,2 milyona çatıb Vozinya Dünya Kuboku tarixində debüt matçında qol buraxmayan ən yaşlı qapıçıdır Vozinha sözü portuqal dilində "nənə" deməkdir. Qapıçı ləqəbini uşaq ikən alıb, çünki valideynlərinin məşğul olması səbəbindən nənəsi ilə çox vaxt keçirib O, 2012-ci ildən Kabo-Verde millisində çıxış edir və artıq 89 oyun keçirib Kape Verde millisi dünya çempionatında növbəti oyununu iyunun 22-də Uruqvaya qarşı keçirəcək


