Azərbaycanın Baş Prokurorluğu bir sıra KİV-lərin yaydığı məlumatı təkzib edib
Azərbaycanın Baş Prokurorluğu bir sıra KİV-lərin Bakıda bacısı oğlunu (qardaşının oğlunu) qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun prokurorun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəməsi ilə bağlı yaydığı məlumatı təkzib edib Baş Prokurorluqdan Caliber.Az-a verilən məlumata görə, d

Azərbaycanın Baş Prokurorluğu bir sıra KİV-lərin Bakıda bacısı oğlunu (qardaşının oğlunu) qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun prokurorun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəməsi ilə bağlı yaydığı məlumatı təkzib edib Baş Prokurorluqdan Caliber.Az-a verilən məlumata görə, dövlət ittihamçısı bu cinayət işi üzrə keçirilən prosesdə çıxış edərək, B.İbadovun təqsirləndirildiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə toplanmış sübutların məcmusunu və cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq, onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib "Bununla əlaqədar olaraq, məlumatın həqiqətə uyğun olmadığını bildiririk. Kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrini yalnız rəsmi mənbələrə istinad etməyə, yoxlanılmamış və yalan məlumat yaymamağa çağırırıq", - deyə idarədən bildirilib


