Dövlət Yol Polisi yollarda təhlükəsizlik tədbirlərini gücləndirir
Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ) qarşıdan gələn həftə sonları və bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib İdarədən Caliber.Az-a verilən məlumata görə, bu müddət ərzində respublika əhəmiyyətli avtomobil yollarında, xüsusilə turizm və kurort zonaları istiqamətlərində nəq

Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ) qarşıdan gələn həftə sonları və bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib İdarədən Caliber.Az-a verilən məlumata görə, bu müddət ərzində respublika əhəmiyyətli avtomobil yollarında, xüsusilə turizm və kurort zonaları istiqamətlərində nəqliyyat axınının artacağı proqnozlaşdırılır Yol polisi hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlərin gücləndiriləcəyini qeyd edib və sürücüləri yollarda maksimum məsuliyyətli olmağa çağırıb Müraciətdə deyilir: "Sürücülərə hava və yol şəraitini nəzərə alaraq sürət həddini seçmək, yorğun, yuxusuz, özünü pis hiss etdikdə avtomobili idarə etməmələri tövsiyə olunur. Həmçinin təhlükəsiz məsafəni qorumaq, ötmə ilə bağlı riskli manevrlərdən çəkinmək, yol nişanlarının tələblərinə ciddi riayət etmək və avtomobilin texniki vəziyyətini yoxlamaq lazımdır", - deyə müraciətdə bildirilir


