Güclü sel Siyəzən-Məşrif avtomobil yolunda körpünü uçurub VİDEO
Güclü sel Siyəzən-Məşrif avtomobil yolundakı körpünü uçurub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hote

Güclü sel Siyəzən-Məşrif avtomobil yolundakı körpünü uçurub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə gələn qonaqlar istifadə edirdi Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bununla əlaqədar əraziyə təbii qazın verilişi məhdudlaşdırılb, rabitə əlaqəsi kəsilib Siyəzən Rayon İcra Hakimiyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiirlib ki, hadisə yerinə Rayon Fövqəladə Hallar komissiyasının və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Sakinlər hazırda rayon mərkəzinə getmək üçün Şabran rayonu ərazisindən keçən alternativ yoldan istifadə edirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


