O, "Qalatasaray"lı futbolçulara qarşı "Fənərbaxça" şərfini açıb və ulduzlar dərhal cavab verib
Ardıcıl dördüncü, ümumilikdə isə 26-cı dəfə Super Liqa çempionluğunu qazanan Qalatasaray Futbol Komandası qeyd etmələr üçün üstü açıq avtobusla RAMS Parka yollanıb Qalatasaray liseyinin girişində azarkeşləri qarşılayan sarı-qırmızılı futbolçular daha sonra məktəbin qarşısından avtobusa minərək sta

Ardıcıl dördüncü, ümumilikdə isə 26-cı dəfə Super Liqa çempionluğunu qazanan Qalatasaray Futbol Komandası qeyd etmələr üçün üstü açıq avtobusla RAMS Parka yollanıb Qalatasaray liseyinin girişində azarkeşləri qarşılayan sarı-qırmızılı futbolçular daha sonra məktəbin qarşısından avtobusa minərək stadiona doğru hərəkət ediblər. “Qalatasaray” azarkeşləri futbolçuların olduğu avtobusu mühasirəyə alaraq komandaları üçün şüarlar səsləndiriblər Komandanın avtobusu azarkeşlərin arasından keçərkən ətrafdakı binada olan “Fənərbaxça” azarkeşinin sarı-göy rəngli “Fənərbaxça” şərfini futbolçuların avtobusuna tərəf açması diqqət çəkib Fənərbaxçalı azarkeşləri görən "Qalatasaray"lı futbolçular arasında gülüş yaşanıb. "Qalatasaray"lı futbolçular "Ağlama" işarəsini ataraq "Fənərbağça"lı azarkeşlərə sevincləri ilə cavab verərkən, İkardinin əlindəki şərfi azarkeşlərə doğru göstərdiyi görülüb. Həmin anlar sosial şəbəkədə günün ən çox paylaşılan görüntüləri sırasına düşüb


