"Qalatasaray"a getmək istəyən Jhon Duran üçün böyük şok
"Qalatasaray"a transfer olunmaq istədiyi iddia edilən Con Duranla bağlı diqqətçəkən inkişaf yaşanıb. Meneceri vasitəsilə sarı-qırmızılı kluba gəlməyə çalışdığı iddia edilən kolumbiyalı hücumçunu məşqçi Okan Burukun bəyənmədiyi iddia edilib Mövsümün əvvəlində böyük gözləntilərlə "Fənərbağça"ya tran

"Qalatasaray"a transfer olunmaq istədiyi iddia edilən Con Duranla bağlı diqqətçəkən inkişaf yaşanıb. Meneceri vasitəsilə sarı-qırmızılı kluba gəlməyə çalışdığı iddia edilən kolumbiyalı hücumçunu məşqçi Okan Burukun bəyənmədiyi iddia edilib Mövsümün əvvəlində böyük gözləntilərlə "Fənərbağça"ya transfer olunan, lakin fasilədə Rusiyaya yollanan Con Duranın yenidən Türkiyəyə qayıtmaq istədiyi iddia edilib. Son zamanlar "Qalatasaray"ın paylaşımlarını bəyənməsi ilə diqqət çəkən kolumbiyalı futbolçunun sarı-qırmızılı kluba transfer olunmaq üçün meneceri vasitəsilə müəyyən cəhdlər etdiyi iddia edilib Ancaq alınan məlumata görə, "Qalatasaray"ın baş məşqçisi Okan Burukun indiki mərhələdə Con Duranın transferinə müsbət baxmadığı bildirilir. Təcrübəli çalışdırıcının gənc futbolçunun şəxsi həyatında baş verən qanunsuzluqlar və qeyri-stabil çıxışı səbəbindən transferdən uzaq olduğu bildirilib "Zenit"lə icarə müqaviləsi mövsümün sonunda başa çatacaq Con Duran Rusiya Premyer Liqasında indiyədək cəmi 6 matçda iştirak edib. Kolumbiyalı futbolçu bu matçlarda 1 qol vursa da, çıxışının gözləntilərdən aşağı olduğu bildirilib

