Qalatasaray 26-cı çempionluğunu qeyd edir! Sarı-qırmızılılar kuboku qaldırdı
Mövsümü Super Liqanın zirvəsində başa vuran "Qalatasaray" tarixi uğurunu möhtəşəm bayramla taçlandırıb. Sarı-qırmızılılar RAMS Parkda təşkil olunan möhtəşəm mərasimlə 26-cı çempionat kubokunu öz muzeylərində qaldırıblar Həftələrlə davam edən həyəcandan sonra Aslan çempionluq şənliyi üçün öz evində

Mövsümü Super Liqanın zirvəsində başa vuran "Qalatasaray" tarixi uğurunu möhtəşəm bayramla taçlandırıb. Sarı-qırmızılılar RAMS Parkda təşkil olunan möhtəşəm mərasimlə 26-cı çempionat kubokunu öz muzeylərində qaldırıblar Həftələrlə davam edən həyəcandan sonra Aslan çempionluq şənliyi üçün öz evində pərəstişkarları ilə bir araya gəlib. “Hədəf 26” devizi ilə səfərdə qələbə qazanan sarı-qırmızılı komanda stadionu dolduran on minlərlə azarkeşin alqışları müşayəti ilə meydana çıxıb DJ çıxışları, işıq və dron şouları ilə başlayan gecənin kulminasiyası kubok mərasimi olub. Futbolçular və texniki heyət xüsusi mahnıların müşayiəti ilə bir-bir platformaya dəvət edilib. İstanbul səmasında atəşfəşanlıq və “Çempion Qalatasaray” səsləri əks-səda verərkən kapitanın əlində kubok yüksəldi Mərasimdə qısa çıxış edən məşqçi Okan Buruk, "4 il dalbadal çempion olduq. İndi hədəf 5-dir. Hədəf 27" dedi. sözlərini dedi


