Türkmənistan səfiri: "Qədəmli" gəmisinin Xəzər regionunda əməliyyatları Azərbaycana yönələcək
BAKI, Azərbaycan, 12 may. "Qədəmli" gəmisi Xəzər regionunda, xüsusilə Azərbaycan istiqamətində fəaliyyət göstərəcək. Trend -in məlumatına görə, bunu Türkmənistanın səfiri Qurbanməmmət Elyasov "Qədəmli" gəmisinin Bakı Beynəlxalq Dəniz Limanında keçirilən rəsmi qarşılanma mərasimində deyib O, bütünl
BAKI, Azərbaycan, 12 may. "Qədəmli" gəmisi Xəzər regionunda, xüsusilə Azərbaycan istiqamətində fəaliyyət göstərəcək. Trend -in məlumatına görə, bunu Türkmənistanın səfiri Qurbanməmmət Elyasov "Qədəmli" gəmisinin Bakı Beynəlxalq Dəniz Limanında keçirilən rəsmi qarşılanma mərasimində deyib O, bütünlüklə Türkmənistanda inşa edilmiş ilk quru yük gəmisi “Qədəmli”nin Bakı limanına səfərini iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafının növbəti göstəricisi kimi qiymətləndirib Səfir qeyd edib ki, yükgötürmə qabiliyyəti 6100 ton olan gəmi Türkmənbaşı Beynəlxalq Dəniz Limanının Balkan Gəmiqayırma və Gəmi Təmiri Zavodunda Cənubi Koreya şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa edilib Onun sözlərinə görə, “Qədəmli” Koreya tərəfi ilə imzalanmış müqavilə əsasında inşa edilən iki quru yük gəmisindən birincisidir. İkinci gəminin tikintisinə 2024-cü ilin iyulunda başlanılıb Diplomat konteyner daşımaları üçün nəzərdə tutulan gəminin Xəzər regionunda, xüsusən də Azərbaycan istiqamətində fəaliyyət göstərəcəyini vurğulayıb. O, layihənin milli donanmanın gücləndirilməsi, dəniz infrastrukturunun yenilənməsi, logistika imkanlarının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb Elyasov əlavə edib ki, “Qədəmli” Xəzər dənizində beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək Səfirin sözlərinə görə, gəminin Bakı limanına ilk səfəri Türkmənistanın Azərbaycanla əlaqələrin, xüsusən də nəqliyyat və logistika sahəsində əlaqələrin genişləndirilməsinə verdiyi önəmin göstəricisidir O, həmçinin qeyd edib ki, bu hadisə iki qardaş xalq arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin daha bir nümunəsidir. Diplomat həmçinin qeyd edib ki, yüksək səviyyəli görüşlər və danışıqlar Türkmənistan-Azərbaycan əməkdaşlığının möhkəmlənməsində xüsusi rol oynayır Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun
Diğer Haberler
A.P.Moller - Maersk Okean seqmenti 2026-cı ilin 1-ci rübündə daha zəif yükdaşıma tarifləri fonunda itkiyə məruz qalır

Equinor enerji istehsalı 2026-cı ilin 1-ci rübündə bərpa olunan enerji istehsalının artımı ilə yüksəlir
