Tenqri
Ana Səhifə
Dünya

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyən Mandon ölkənin döyüş aviasiyasının hazırkı vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək, bu sahədə uzun illər ərzində kifayət qədər iş görülmədiyini bildirib AZƏRTAC xəbər verir ki, Senatın xarici əlaqələr və müdafiə komissiyasında çı

0 baxışazertag.az
Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil
Paylaş:

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyən Mandon ölkənin döyüş aviasiyasının hazırkı vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək, bu sahədə uzun illər ərzində kifayət qədər iş görülmədiyini bildirib AZƏRTAC xəbər verir ki, Senatın xarici əlaqələr və müdafiə komissiyasında çıxış edən general Mandon Fransa hərbi aviasiyasının inkişaf perspektivlərinə toxunub. Komissiyada “Hərbi Proqramlaşdırma” Qanununun yenilənməsi layihəsi müzakirə olunarkən o, döyüş aviasiyasının modernləşdirilməsi istiqamətində görülən işlərdən danışıb “Nazirlik, nəhayət, bu məsələyə ciddi yanaşmağa başlayıb. Bu zaman nüvə çəkindirmə qabiliyyətinin vacibliyi, 2035-ci il üçün müəyyən edilmiş əsas hədəflər və xüsusi tipli raketlər üçün nəzərdə tutulan yeni döyüş təyyarəsinin hazırlanması nəzərə alınıb”, – deyə general bildirib Onun sözlərinə görə, əsas suallardan biri Fransanın müdafiəsinə 2031-ci və ya 2032-ci illərdə yüksək standartlara malik döyüş təyyarələrinin təqdim edilməsinin gələcəkdə texnoloji geriləmə riskini yaradıb-yaratmayacağıdır General Mandon “Rafale” qırıcılarının yeni nəsilləri arasındakı fərqlərə də diqqət çəkib. “F4 və F5 “Rafale” təyyarələridir. Lakin rəqəmsal məlumatların idarəolunması, əlaqələndirmə imkanları və pilotsuz uçuş aparatları ilə birgə fəaliyyət qabiliyyəti baxımından onlar bir-birindən ciddi şəkildə fərqlənir”, – deyə Baş Qərargah rəisi vurğulayıb O diqqətə çatdırıb ki, prioritet “Rafale F5” proqramına verilib. Bu model suveren məlumat ötürmə sistemləri vasitəsilə pilotsuz aparatlarla əlaqə qura biləcək və tamamilə yeni nəsil raketlərlə təchiz olunacaq Bununla belə, general Mandon Fransa döyüş aviasiyasının ümumi ölçüsü və imkanları ilə bağlı problemin hələ də qalmaqda olduğunu qeyd edib. “Aviasiyamızın formatı ilə bağlı hesab edirəm ki, lazımi səviyyədə deyilik”, – deyə o bildirib Bu çatışmazlığın aradan qaldırılması üçün Baş Qərargah rəisi pilotsuz uçuş aparatlarının daha geniş tətbiqinin vacibliyini vurğulayıb General Mandonun fikrincə, Hərbi Hava və Kosmik Qüvvələr qısa müddətdə xüsusi pilotsuz aparat eskadrilyası yarada bilər. “Pilotsuz sistemlərin imkanlarına çox inanıram. Əgər 3 min kilometr uçuş məsafəsinə malik 200-400 kiloqram partlayıcı daşıya bilən dronları kütləvi şəkildə istehsal etsək, Hərbi Hava və Kosmik Qüvvələr bombardman funksiyası baxımından son dərəcə güclü imkan əldə edər. Şübhəsiz ki, çoxlu sayda aparat itiriləcək, lakin onların bir hissəsi hədəfə çatacaq. Mən məhz bunu müdafiə edirəm”, – deyə general diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil | Tenqri